Suriya və Türkiyə müştərək işgüzar şura yaradıb
Ankara və Dəməşq Xarici İqtisadi Əlaqələr Şurasının nəzdində Suriya-Türkiyə İşgüzar Şurasının yaradıldığını elan edib, həmçinin 10 əməkdaşlıq sazişi imzalayıblar.
“Report” Suriyanın SANA agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriyanın iqtisadiyyat və xarici ticarət naziri Məhəmməd Nidal əş-Şaar və Türkiyənin ticarət naziri Ömər Bolatın birgə bəyanatında bildirilib.
“Xarici İqtisadi Əlaqələr Şurası hər iki ölkənin dövlət və özəl sektorları arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək”, - bəyanatda deyilir.
Tərəflər Suriya gömrük məntəqələrinin və infrastrukturunun gücləndirilməsi, sərhəd prosedurlarının təkmilləşdirilməsi və gömrük orqanları arasında qarşılıqlı əlaqənin genişləndirilməsi üçün birgə işləmək barədə razılığa gəliblər.
Bundan əlavə, tərəflər birgə iqtisadi və ticarət komitəsinin yaradılması, Suriyanın infrastrukturunun gücləndirilməsi üçün inzibati inkişaf və idarəetmə sahəsində anlaşma memorandumunun imzalanması, həmçinin dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün mexanizmlərin hazırlanması və Suriya sənayesinin bərpası üçün institusional addımların müəyyən edilməsi barədə qərar qəbul ediblər.
Oxşar xəbərlər
Türkiyə və Suriya azad ticarət sazişinin bərpasını nəzərdən keçirəcək
Mərakeş və Suriya diplomatik əlaqələrin gücləndirilməsi ilə bağlı razılığa gəlib
Hakan Fidan: Türkiyə, Suriya və İraq terrorçuları birlikdə məhv etməlidir
Xamneyinin müşaviri: ABŞ İŞİD-i Suriya və İraqda sabitliyi pozmaq üçün yaradıb
Əhməd əl-Şaraa: Suriyaya qarşı tətbiq edilən sanksiyaların ləğvi zəruridir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Prezident İlham Əliyevin doğum günüdür
-
Emin Ağalarov Prezident İlham Əliyevin doğum günü ilə əlaqədar paylaşım edib












