Nəriman Axundzadənin yeni klubundakı illik maaşı açıqlanıb
sizinxeber.az xəbər saytı

Nəriman Axundzadənin yeni klubundakı illik maaşı açıqlanıb


Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin ABŞ-ın "Columbus Crew" klubundakı maaşı ilə bağlı məlumat yayılıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə MLS Oyunçular Assosiasiyasının rəsmi hesabatında qeyd olunub.

Məlumata əsasən, 22 yaşlı hücumçunun ABŞ klubundakı illik gəliri 550 min dollar təşkil edir. Vergilər daxil hesablandıqda bu məbləğ 633 389 dollara yüksəlir.

Qeyd edək ki, Nəriman Axundzadə bu ilin fevralında "Qarabağ"dan "Columbus Crew"ə transfer olunub. Onun MLS klubu ilə müqaviləsi 2029-cu ilin iyununa qədər qüvvədədir.

Oxşar xəbərlər

"Qarabağ"ın ulduzuna Avropadan təklif
FIFA-dan geri addım: "Neftçi"nin transfer qadağası ləğv edildi
"Bitcoin"in qiyməti DÜŞDÜ
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər