Ermitajda imperator taxtında əyləşən kişi polisə müqavimət göstərib
sizinxeber.az xəbər saytı

Ermitajda imperator taxtında əyləşən kişi polisə müqavimət göstərib


Sankt-Peterburqdakı Dövlət Ermitaj Muzeyində bir kişi eksponatın kəndir hasarının üstündən aşıb və Georgi zalındakı Böyük imperator taxtında əyləşib.

"Report" xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Hadisə mayın 17-də Moskva vaxtı ilə saat 14:00 radələrində baş verib. Mühafizəçi qayda pozucusunu uzaqlaşdırmağa çalışıb, lakin kişi iki bıçaq çıxarıb və muzey əməkdaşı kənara çəkilib.

Muzey işçiləri dərhal baş verənlər barədə Ermitajın mühafizəsini həyata keçirən Rusiya qvardiyasının əməkdaşlarına məlumat veriblər. Kişi saxlanılarkən müqavimət göstərməyə çalışıb.

Oxşar xəbərlər

Rusiya Polşanın Sankt-Peterburqdakı Baş konsulluğunu bağlayır
Almaniyada kişi 4 nəfəri bıçaqla yaralayıb
Nyu-York metrosunda sərnişinlərə hücum edilib
Bakıda 40 yaşlı kişi qətlə yetirilib
Gəncədə hovuza düşən yaşlı kişi boğularaq ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər