FHN intensiv yağışlarla bağlı tədbirlər həyata keçirir
sizinxeber.az xəbər saytı

FHN intensiv yağışlarla bağlı tədbirlər həyata keçirir


Xəbər verildiyi kimi, ötən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında intensiv yağışlar yağıb, düşən yağıntının miqdarı 103 mm qeydə alınıb ki, bu da aylıq normanın 523 %-ni təşkil edir.

FHN Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, bununla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

Belə ki, FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhərinin müxtəlif istiqamətlərində, Sumqayıt şəhəri və Abşeron rayonunda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.

İşlər bir sıra istiqamətlərdə yekunlaşıb, bəzi ünvanlarda hazırda davam edir.

Oxşar xəbərlər

FHN: Su basmış yerlərdə ümumilikdə 41 nəfər təxliyə olunub - VİDEO - YENİLƏNİB-1
Yağış Bakı və Abşeronda fəsadlar yaradıb, FHN qüvvələri hərəkətə keçib - VİDEO
FHN: Su basmış yerlərdə ümumilikdə 31 nəfər təxliyə olunub - VİDEO - YENİLƏNİB
FHN: Su basmış bir çox ərazilərdə işlər yekunlaşıb - VİDEO - FOTO
FHN: Tunel və yolötürücülərində suyun çəkilərək kənarlaşdırılması təmin edilib, işlər intensiv davam etdirilir - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər