Anar Quliyev: WUF13 182 ölkədən 40 mindən çox qeydiyyatdan keçmiş iştirakçını bir araya gətirib
Bu forum 182 ölkədən 40 mindən çox qeydiyyatdan keçmiş iştirakçını bir araya gətirib.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Yeni Şəhər Gündəliyi üzrə nazirlər iclasının yekun bəyanatını səsləndirərkən bildirib.
O qeyd edib ki, əgər tədbirin təşkilində çalışan və dəstək göstərən bütün insanları da hesablasaq, bu rəqəm 50 mini keçər:
“Biz həmçinin Prezident İlham Əliyevin uzaqgörən liderliyini, eləcə də UN-Habitat və İcraçı direktorun layiqli mənzil və dayanıqlı urbanizasiya üzrə beynəlxalq əməkdaşlıq üçün bu vacib platformanı yaratmaq səylərini yüksək qiymətləndiririk.
Bugünkü müzakirələr göstərdi ki, qarşıdakı onillik sürətləndirilmiş icra, daha güclü tərəfdaşlıqlar və ölçülə bilən nəticələr dövrü olmalıdır.
Gün ərzində bir əsas mesaj xüsusilə ön plana çıxdı. Belə ki, mənzil sadəcə sığınacaq deyil, o həmçinin ləyaqətin, sosial inklüzivliyin, sabitliyin, sülhün, iqtisadi imkanların, iqlim dayanıqlığının və davamlı şəhər inkişafının təməlidir”.
Oxşar xəbərlər
Anar Quliyev: WUF13-ə ev sahibliyi Azərbaycan üçün böyük şərəf və ciddi məsuliyyətdir
WUF13 üzrə yekun sənəd BMT Baş Assambleyasına təqdim ediləcək
WUF13-də Nazirlər iclasının bəyanatı səsləndirilib
Nazir: Anqola dayanıqlı şəhər inkişafı üçün mənzil proqramlarını genişləndirir
Dövlət Komitəsinin nümayəndə heyəti Nayrobidə BMT-nin tədbirində iştirak edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
Bölgələrdə PENSİYALAR bu tarixdə ÖDƏNİLƏCƏK
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
Sabirabadda zəncirvari qəzada 3 nəfər ölüb, 5 nəfər yaralanıb
-
Azərbaycandan səsləri o açıqlayacaq
-
İrandan Hörmüzdə yeni mexanizm: Yalnız bu ölkələr...
