"Neftçi" cari mövsüm Premyer Liqada avrokuboka vəsiqə qazanan sonuncu komanda olub
"Neftçi" cari mövsüm Misli Premyer Liqasında avrokuboka vəsiqə qazanan sonuncu komanda olub.
"Report" xəbər verir ki, "ağ-qaralar" buna XXXII turda səfərdə "Sabah" üzərində 2:1 hesablı qələbədən sonra nail olublar.
"Bank Respublika Arena"da son Azərbaycan çempionunun qonağı olan "flaqman"ın heyətində Andrey Ştoqrin (9) və İfeanyi Metyu (70) fərqləniblər. "Bayquşlar"ın qolunu isə Aleksey İsayev (3) vurub.
"Sabah" qarşılaşmanı 10 nəfərlə başa vurub. Komandanın heyətində Coy-Lens Mikels 84-cü dəqiqədə birbaşa qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.
Bununla da sona 1 tur qalmış xallarının sayını 56-ya çatdıran "Neftçi" UEFA Konfrans Liqasına vəsiqəni təmin edib.
Ölkə çempionluğunu əvvəlki turlardan rəsmiləşdirən "Sabah" isə 75 xala malikdir.
Bu matçla eyni vaxtda başlayan "Zirə" - "Sumqayıt" qarşılaşmasında birincilər qələbə qazanıb - 2:1.
Zirə İdman Kompleksinin stadionunda keçirilən matçda ev sahiblərindən Ruan Renato (19-pen, 90+8-pen), qonaqlardan isə Aleksandr Ramalinqom (45) diqqət mərkəzinə düşüb.
53 xalı olan "Zirə"nin mövsümü beşinci bitirəcəyi dəqiqləşib. "Sumqayıt" isə 40 xalla yeddinci yerdədir.
Xatırladaq ki, turun daha əvvəl keçirilən görüşlərində "Araz-Naxçıvan" "Kəpəz"i (2:0), "Qəbələ" "Karvan-Yevlax"ı (2:1), "Qarabağ" "İmişli"ni (3:0), "Şamaxı" "Turan Tovuz"u (3:2) məğlub edib.
Oxşar xəbərlər
Coy Lens Mikels "Sabah"ın heyətində 70-ci qolunu vurub
"Sabah" qələbə qazanaraq Premyer Liqada liderliyini möhkəmləndirib
Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub
Premyer Liqa: "Neftçi" "Kəpəz" üzərində qələbə qazanıb
Premyer Liqa: Lider "Sabah" turun son oyununda qələbə qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
Bölgələrdə PENSİYALAR bu tarixdə ÖDƏNİLƏCƏK
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
Sabirabadda zəncirvari qəzada 3 nəfər ölüb, 5 nəfər yaralanıb
-
Azərbaycandan səsləri o açıqlayacaq
-
İrandan Hörmüzdə yeni mexanizm: Yalnız bu ölkələr...
