Tuvalu Azərbaycanın günəş enerjisi sahəsindəki təcrübəsi ilə maraqlanır - EKSKLÜZİV
sizinxeber.az xəbər saytı

Tuvalu Azərbaycanın günəş enerjisi sahəsindəki təcrübəsi ilə maraqlanır - EKSKLÜZİV


Azərbaycan və Tuvalu arasında günəş-dizel enerji qurğuları sahəsində qarşılıqlı fəaliyyət üçün ciddi potensial mövcuddur.

Bu barədə "Sizinxeber.az"a Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Tuvalunun ictimai işlər, infrastrukturun inkişafı və su ehtiyatları naziri Ampelosa Manoa Tehulu bildirib.

"Azərbaycan son vaxtlar su ehtiyatlarının idarə edilməsi sisteminin təkmilləşdirilməsi, infrastrukturun modernləşdirilməsi və su qənaəti texnologiyalarının tətbiqi sahəsində nəzərəçarpacaq irəliləyiş əldə edib. Tuvaluya gəldikdə isə torpaq qıtlığı əsas problem olaraq qalır. Torpaq resursları olduqda tikinti üçün imkanlar yaranır - sizin bunun üçün geniş əraziləriniz var. Bizdə isə torpaq olduqca azdır.

Bununla yanaşı, hesab edirəm ki, Tuvalu üçün su təhlükəsizliyi məsələsi çox kəskindir. Bu, hər gün qarşılaşdığımız bir fəlakətdir. Ölkəmizdə təbii çaylar yoxdur. Biz tamamilə yağıntılardan asılıyıq. Yağış yoxdur - su yoxdur. Buna görə də bu sahədə birgə iş üçün böyük potensial açılır", - nazir vurğulayıb.

Tehulunun qeyd etdiyi kimi, tərəfdaşlığın daha bir perspektivli istiqaməti günəş-dizel enerji qurğularına keçiddir. "Bu, əla ideyadır. Biz günəş-dizel qurğularına keçmək üçün səy göstəririk. Hesab edirəm ki, bu istiqamətdə də əməkdaşlıq qura bilərik. Buna baxmayaraq, su problemi hələ də gündəlik fəlakət olaraq qalır. Bizə sizin mütəxəssislərinizin dəstəyi lazımdır", - nazir əlavə edib.

Oxşar xəbərlər

Anar Quliyev: Bakıda keçirilən WUF13 şəhər inkişafı sahəsində əhəmiyyətli iz buraxacaq
Dövlətxan Dövlətxanov: "WUF13 beynəlxalq əməkdaşlıq üçün mühüm imkanlar yaradır"
Azərbaycan və Suriya Bakıda keçiriləcək WUF13 çərçivəsində dayanıqlı şəhərsalma məsələlərini müzakirə edəcək
Elektromobillər üçün enerji doldurucularının yerləşdirilməsinə icazə tələb edilməyəcək
Fərdi evlərin həyətində elektromobillərin enerji doldurucuları üçün icazə tələb olunmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər