Gəncədə hovuza düşən yaşlı kişi boğularaq ölüb
sizinxeber.az xəbər saytı

Gəncədə hovuza düşən yaşlı kişi boğularaq ölüb


Gəncədə bədbəxt hadisə baş verib.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin DOS-6 adlanan yaşayış massivində qeydə alınıb.

Belə ki, sözügedən ünvanda yaşayan 1951-ci il təvəllüdlü V. Rzayev yaşadığı ünvanda hovuzun suyuna baxmaq istəyən zaman huşunu itirib.

Nəticədə 74 yaşlı kişi hovuza düşərək suda boğulub ölüb. Məlumata görə V. Rzayevin ürəyində problemi olub. O bir müddət əvvəl ürəyindən əməliyyat edilibmiş. Hadisə vaxtı yaşlı kişi evdə tək olub

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Gəncədə 49 yaşlı kişi bıçaqlanıb
Şəkidə 67 yaşlı kişi çardaqdan yıxılaraq ölüb
Gəncədə küçədən 48 yaşlı kişi meyiti tapılıb
Gəncədə 32 yaşlı kişi intihar edib
Gəncədə 27 yaşlı oğlan 3-cü mərtəbədən yıxılaraq ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər