Moskva Ukraynanı faşizm üzərində qələbə günü ilə bağlı elan edilən atəşkəsi pozmaqda günahlandırıb
sizinxeber.az xəbər saytı

Moskva Ukraynanı faşizm üzərində qələbə günü ilə bağlı elan edilən atəşkəsi pozmaqda günahlandırıb


Rusiya Müdafiə Nazirliyi Ukraynanı qələbə günü münasibətilə elan edilmiş atəşkəsi pozmaqda ittiham edib və Ukrayna Silahlı Qüvvələrinin zərbələrinin cavabsız qalmayacağını bəyan edib.

"Report" xəbər verir ki, bu barədə Rusiya mediası nazirliyin açıqlamasına istinadən məlumat yayıb.

"Atəşkəs rejiminin elan edilməsinə baxmayaraq, Ukrayna silahlı birləşmələri qoşunlarımızın mövqelərinə, həmçinin Belqorod və Kursk vilayətlərinin sərhədyanı rayonlarındakı mülki obyektlərə PUA və artilleriya zərbələri endirməyə davam ediblər", - açıqlamada deyilir.

Nazirliyin məlumatına görə, ümumilikdə atəşkəs rejimi 1 365 dəfə pozulub.

"Bu şəraitdə Rusiya Federasiyasının Silahlı Qüvvələri atəşkəsin pozulmasına analoji reaksiya verib. Reaktiv yaylım atəş sistemləri, artilleriya və minaatanların atəş mövqelərinə cavab zərbələri endirilib. İdarəetmə məntəqələri və PUA buraxılış yerləri məhv edilib", - Rusiya Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub.

Oxşar xəbərlər

Zelenski Rusiya Silahlı Qüvvələrini Pasxa atəşkəsini pozmaqda ittiham edib
Rusiya MN: Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib
Putin Pasxa atəşkəsi elan edib
Rusiya MN: Ukrayna Silahlı Qüvvələrinin Çerniqovdakı təlim mərkəzi düşərgəsinə "İskəndər"lə zərbə endirilib
Rusiya 8 və 9 may tarixlərində Ukrayna ilə atəşkəs elan edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər