Bayba Braje İrəvanda Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edəcək
sizinxeber.az xəbər saytı

Bayba Braje İrəvanda Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edəcək


Latviyanın xarici işlər naziri Bayba Braje mayın 6-dan 7-dək İrəvana (Ermənistan) işgüzar səfər edəcək.

"Sizinxeber.az"un Latviya Xarici İşlər Nazirliyinə (XİN) istinadən verdiyi məlumata görə, onun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü planlaşdırılır.

Görüş zamanı tərəflər ikitərəfli münasibətləri müzakirə edəcəklər.

"Görüşdə, həmçinin Avropa İttifaqı və Ermənistan arasında əməkdaşlıq məsələləri, mayın 5-də baş tutmuş ilk Avropa İttifaqı-Ermənistan sammitinin əsas nəticələri, eləcə də regional və beynəlxalq gündəliyin aktual mövzuları, o cümlədən Ermənistan-Azərbaycan sülh prosesi, Ukraynada və Yaxın Şərqdəki vəziyyət nəzərdən keçiriləcək", - XİN-in məlumatında bildirilib.

Məlumata görə, səfər çərçivəsində B.Brajenin "İrəvan dialoqu - 2026" konfransında iştirakı da nəzərdə tutulub.

Oxşar xəbərlər

Azərbaycan və Latviya konsulluq məsələlərində əməkdaşlığa dair memorandum imzalayacaq
Ceyhun Bayramov və Hakan Fidan Azərbaycanla Ermənistan arasındakı sülh prosesini müzakirə edəcəklər - YENİLƏNİB
Estoniyanın XİN rəhbəri sabah Ermənistana səfər edəcək
Ararat Mirzoyan Brüsselə işgüzar səfər edəcək
Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər