Estoniyanın XİN rəhbəri sabah Ermənistana səfər edəcək
Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna aprelin 9-da Ermənistana ikigünlük səfər edəcək.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyininin (XİN) "X" sosial şəbəkəsindəki məlumatında bildirilib.
"Nazir Marqus Tsaxkna İrəvanda səfirliyimizin açılışında iştirak edəcək, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan, Baş nazir Nikol Paşinyan, parlament sədri Alen Simonyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək", - bəyanatda bildirilib.
Qeyd olunub ki, danışıqlar zamanı regional təhlükəsizlik, Rusiya-Ukrayna münaqişəsi, Yaxın Şərqdəki hadisələr, Avropa İttifaqı (Aİ) və Ermənistanın tərəfdaşlığı, viza məsələsi və iki ölkə arasında ticarətin artırılması müzakirə ediləcək, həmçinin əməkdaşlıq haqqında memorandum imzalanacaq.
"Estoniya Ermənistan və Azərbaycanın sülh səylərini və Aİ ilə əlaqələrin möhkəmləndirilməsini, eləcə də rəqəmsal, kibernetik və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsini dəstəkləyir", - XİN-dən bildirilib.
Oxşar xəbərlər
Paşinyan Estoniyaya rəsmi səfər edəcək
Avropa Komissiyasının vitse-prezidenti Ermənistana səfər edəcək
Estoniya Su-30 qırıcısı ilə bağlı insidentdən sonra Rusiya diplomatını çağırıb
Avropa Şurasının Baş katibi Ermənistanda səfərdədir
Avropa Komissiyasının vitse-prezidenti İrəvana gedib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
