Paşinyan: Türkiyə bayrağının yandırılması təxribatçı davranışdır
sizinxeber.az xəbər saytı

Paşinyan: Türkiyə bayrağının yandırılması təxribatçı davranışdır


Ermənistanın Baş naziri Nikol Paşinyan bayraq yandırma təcrübəsini qınayır, bunu məsuliyyətsiz və qəbuledilməz adlandırır.

"Report" xəbər verir ki, bunu Baş nazirin sözçüsü Nazeli Baqdasaryan İrəvandakı Respublika meydanında Türkiyə bayrağının yandırılması ilə bağlı danışarkən bildirib.

"Baş nazir Paşinyan bu təcrübəni qınayır, onu məsuliyyətsiz və qəbuledilməz adlandırır. Beynəlxalq səviyyədə tanınmış bir dövlətin, xüsusən də qonşu ölkənin bayrağının yandırılmasını dövlət başçısı fərqli qiymətləndirə bilməz. Bu, açıq-aydın gərginliyə səbəb olan təxribatçı davranışdır", - Baqdasaryan vurğulayıb.

Oxşar xəbərlər

Türkiyə bayrağı yandırıldı - Paşinyandan reaksiya
Nikol Paşinyan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib
İrəvanda Türkiyə bayrağı yandırılıb, Paşinyan bunun yolverilməz olduğunu bildirib - VİDEO
Paşinyan qondarma “erməni soyqırımı” yürüşündə Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib
Nikol Paşinyan Çində keçiriləcək ŞƏT sammitində iştirak edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər