Türkiyə bayrağı yandırıldı - Paşinyandan reaksiya
sizinxeber.az xəbər saytı

Türkiyə bayrağı yandırıldı - Paşinyandan reaksiya


Ermənistanın Baş naziri Nikol Paşinyan bayraq yandırma praktikasını qınayır, bunu məsuliyyətsiz və qəbuledilməz adlandırır.

Sizinxeber.Az xəbər verir ki, bunu Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan deyib.

"Baş nazir Paşinyan bu praktikanı qınayır, onu məsuliyyətsiz və qəbuledilməz adlandırır. Beynəlxalq səviyyədə tanınmış bir dövlətin, xüsusən də qonşu ölkənin bayrağının yandırılmasını dövlət başçısı fərqli qiymətləndirə bilməz. Bu, açıq-aydın təxribatçı və gərginlik yaradan davranışdır", - deyə o bildirib.

Qeyd edək ki, İrəvanda qondarma “erməni soyqırımı qurbanlarının xatirəsinə" həsr edilmiş məşəl yürüşü öncəsi Türkiyə bayrağı yandırılıb.

Oxşar xəbərlər

Paşinyan: Türkiyə bayrağının yandırılması təxribatçı davranışdır
Paşinyan qondarma “erməni soyqırımı” yürüşündə Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib
Nikol Paşinyan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib
İrəvanda Türkiyə bayrağı yandırılıb, Paşinyan bunun yolverilməz olduğunu bildirib - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər