Makron Ermənistana dövlət səfəri edəcək
sizinxeber.az xəbər saytı

Makron Ermənistana dövlət səfəri edəcək


Fransa Prezidenti Emmanuel Makron mayın 4-5-də Ermənistana dövlət səfəri edəcək.

"Report" Ermənistan hökumətinə istinadən xəbər verir ki, Makronun qarşıdan gələn səfəri məsələsi baş nazirin müavini Tiqran Xaçatryanın Fransanın səfiri Olivye Dekotinyi ilə görüşündə müzakirə olunub.

Qeyd olunub ki, Makronun səfəri, mayın 4-də İrəvanda keçiriləcək "Avropa Siyasi Birliyi"nin sammiti çərçivəsində baş tutacaq.

Danışıqlar zamanı ölkələr ikitərəfli əməkdaşlığın əsas istiqamətlərini və strateji əhəmiyyətli birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər.

Həmsöhbətlər cari vəzifələrin səmərəli həlli və Ermənistan-Fransa münasibətlərinin daha da genişləndirilməsi üçün konstruktiv əməkdaşlığın vacibliyini vurğulayıblar.

Oxşar xəbərlər

Makron hökumətə etimadsızlıq səsverməsi halında istefa verməyəcəyini bəyan edib
Mirzoyan: "ABŞ hərbçilərinin Ermənistan sərhədində olması müzakirə mövzusu deyil"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər