Birol: Bəsrə-Ceyhan neft kəməri Hörmüz boğazına alternativ ola bilər
sizinxeber.az xəbər saytı

Birol: Bəsrə-Ceyhan neft kəməri Hörmüz boğazına alternativ ola bilər


Bəsrə-Ceyhan neft kəməri layihəsi İran ətrafında artan geosiyasi gərginlik səbəbindən həssaslaşan Hörmüz boğazına strateji alternativ ola bilər.

"Report" xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bu barədə "Hürriyet" qəzetinə bildirib.

O qeyd edib ki, Hörmüz boğazı ərazisindəki qeyri-sabit vəziyyət bazar iştirakçılarını neftin çatdırılması üçün digər yollar axtarmağa vadar edir. Onun fikrincə, İraq-Türkiyə layihəsi eyni vaxtda Bağdada sabit ixrac kanalına zəmanət verməyə, Ankaranın enerji habı kimi mövqeyini gücləndirməyə və Avropa ölkələrinin enerji təhlükəsizliyini möhkəmləndirməyə qadirdir:

"Müharibə başa çatdıqdan sonra Yaxın Şərq artıq əvvəlki kimi olmayacaq. Regionun siyasət, iqtisadiyyat və təhlükəsizliyində ciddi dəyişikliklər baş verəcək. İnsanlar Hörmüz boğazına alternativlər axtarmağa başlayacaqlar. Düşünürəm ki, Bəsrə-Ceyhan neft kəməri İraq, Türkiyə, regional enerji təhlükəsizliyi və xüsusilə də Avropa üçün birinci dərəcəli əhəmiyyətə malik son dərəcə cəlbedici layihə ola bilər".

Birol qeyd edib ki, İraqın cənubundakı Bəsrə əyalətindəki yataq 90 milyard kubmetr neft ehtiyatı ilə dünyanın ən böyük yataqlarından biri hesab olunur.

Türkiyədə Bəsrədən çəkiləcək neft kəmərinin tikintisi layihəsi İraqın neft yataqlarını Aralıq dənizindəki Ceyhan limanı ilə birləşdirərək neftin Hörmüz boğazından yan keçməklə ixrac edilməsini nəzərdə tutan "İnkişaf yolu" logistik layihəsi kontekstində nəzərdən keçirilir. Hesablamalara görə, bu kəmərlə sutkada 1,5 milyon barelədək neftin nəqli mümkündür.

Oxşar xəbərlər

Alparslan Bayraktar: Türkiyənin Hörmüzdən başqa alternativ marşrutları da var
Fatih Birol: "Qlobal enerji bazarı Hörmüzün bağlanmasının fəsadlarını yetərincə qiymətləndirmir"
Cənubi Koreya Hörmüz boğazına alternativlər axtarmağa davam edəcək
Cənubi Koreya Hörmüz boğazından yan keçərək Qırmızı dənizlə neft tədarük edən ilk ölkə oldu
Birol: Hazırkı neft-qaz böhranı əvvəlkilərdən daha ciddidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər