Kobaxidze: Aİ uzun illərdir, ciddi və fundamental çağırışlarla üzləşir
sizinxeber.az xəbər saytı

Kobaxidze: Aİ uzun illərdir, ciddi və fundamental çağırışlarla üzləşir


Avropa İttifaqı (Aİ) uzun illərdir ciddi və fundamental çağırışlarla üzləşir.

"Report"un Antalyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Antalya Diplomatiya Forumunda bildirib.

Hökumət başçısı qeyd edib ki, müasir beynəlxalq vəziyyət ticarət marşrutları, energetika, nəqliyyat və qlobal iqtisadi sabitliyə təsir göstərən geosiyasi gərginlik və münaqişələrlə xarakterizə olunur.

Onun sözlərinə görə, bu şəraitdə fundamental həll yollarının tapılması zəruridir.

Kobaxidze vurğulayıb ki, Gürcüstan Avropa İttifaqının tamhüquqlu üzvü olmağa çalışır.

"Lakin biz həm də görürük ki, Avropa İttifaqı uzun illərdir, ciddi və fundamental çağırışlarla üzləşir. Aİ-nin güclü tərəfləri var idi: güclü identiklik, yüksək rifah səviyyəsi və demokratiya və hüququn aliliyi sahəsində liderlik. Amma Avropa İttifaqının indiki vəziyyətinə baxsaq, o, bütün bu istiqamətlərdə problemlərlə üzləşir və bu, bizdə narahatlıq doğurur", - o bildirib.

Baş nazir gələcəkdə Aİ-dəki vəziyyətin yaxşılaşacağına ümidvar olduğunu deyib.

Oxşar xəbərlər

İrakli Kobaxidze: Cənubi Qafqaz dünyada baş verən proseslər fonunda xüsusi əhəmiyyət kəsb edir
Kobaxidze Aİ-ni Gürcüstana təzyiqdə ittiham edib
Kobaxidze Aİ-nin Gürcüstanı tənqid etməsinə şərh verib
Kobaxidze: Avropa fondları radikalizmin maliyyələşdirilməsində əsas alətə çevrilib
Kobaxidze: Cənubi Qafqaz regionu xüsusi əhəmiyyət qazanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər