Kobaxidze Aİ-ni Gürcüstana təzyiqdə ittiham edib
sizinxeber.az xəbər saytı

Kobaxidze Aİ-ni Gürcüstana təzyiqdə ittiham edib


Gürcüstan hakimiyyəti Avropa İttifaqı ilə münasibətlərin yaxşılaşmasını gözləyir, Brüssel isə təzyiq göstərməyə davam edir.

"Sizinxeber.az"un məlumatına görə, bunu "İmedi" telekanalının efirində Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, Avropa bürokratlarının xalq tərəfindən seçilmiş hakimiyyətə bugünkü münasibəti "Gürcüstana təzyiqlərin davamıdır".

"Radikal müxalifətin liderləri Avropa bürokratlarının agentləridir. Məhz bu bürokratlar radikallara seçkilərdə qazandıqları deputat mandatlarını götürməyi qadağan ediblər", - deyə baş nazir vurğulayıb.

Bununla yanaşı, hökumət başçısı qeyd edib ki, buna baxmayaraq, Gürcüstan hakimiyyəti Avropa İttifaqı ilə münasibətlərin yaxşılaşması üçün "strateji gözləmə" rejimində qalır: "Ümid edirik ki, perspektivdə Avropa İttifaqında Gürcüstana münasibətdə müəyyən dəyişikliklər baş verəcək".

Oxşar xəbərlər

Gürcüstanın Baş naziri: “Avropa Şurası ilə əməkdaşlığı davam etdirəcəyik”
Kobaxidze: Biz və övladlarımız Avropa bürokratiyasının şantajına məruz qaldıq
İrakli Kobaxidze Gürcüstana verdiyi dəstəyə görə İlham Əliyevə təşəkkür edib
İrakli Kobaxidze: ABŞ-nin yeni administrasiyası ilə münasibətlərin yenidən qurulmasına ümid edirik
İrakli Kobaxidze: Rusiyanın Gürcüstana təsiri yoxdur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle