sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Şanlıurfada məktəbə silahlı hücumla bağlı 16 nəfər saxlanılıb
Türkiyə Təhlükəsizlik Baş İdarəsi Şanlıurfa vilayətinin Siverek rayonundakı Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyində baş verən silahlı hücumla əlaqədar 16 şübhəlinin saxlanıldığını açıqlayıb.
Bu barədə "Sizinxeber.az" "Haber Global"a istinadən xəbər verir.
"14 aprel 2026-cı ildə Şanlıurfa vilayətinin Siverek rayonundakı Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyində baş verən silahlı hücumla bağlı araşdırmalar çərçivəsində 16 şübhəli saxlanılıb. Şübhəlilərə qarşı məhkəmə prosesi davam edir", - deyə açıqlamada bildirilir.
Qeyd edək ki, silahlı insident zamanı əksəriyyəti şagirdlər olan 16 nəfər yaralanıb.
Oxşar xəbərlər
Şanlıurfadakı məktəbə hücumla bağlı 1 nəfər saxlanılıb – YENİLƏNİB-3
Türkiyədə məktəbə silahlı hücum olub, 7 şagird yaralanıb, girov götürülənlər var
Türkiyədə liseyə silahlı hücumla bağlı geniş araşdırma başlayıb - YENİLƏNİB-2
Türkiyədə liseyə silahlı hücum olub, 16 nəfər yaralanıb, hadisəni törədən özünü öldürüb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
