Əraqçi: İran və Pakistan regionda sülhü dəstəkləyir – YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Əraqçi: İran və Pakistan regionda sülhü dəstəkləyir – YENİLƏNİB


İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan Ordusunun baş komandanı Asim Muniri salamlamaqdan məmnun olduğunu qeyd edib.

"Report" xəbər verir ki, o bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Pakistan tərəfindən dialoqun qonaqpərvərliklə keçirilməsinə görə minnətdarlığımı bildirdim və bunun ikitərəfli münasibətlərimizi əks etdirdiyini vurğuladım", - Əraqçi qeyd edib.

Onun sözlərinə görə, İranla Pakistanın regionda sülh və sabitliyə dəstək olmaq əzmi ortaq olaraq qalır.

Qeyd edək ki, tərəflər arasında artıq görüş də baş tutub, lakin təfərrüat hələ açıqlanmayıb.

Pakistan Ordusunun baş komandanı Asim Munir İrana səfər edib.

"Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat yayıb.

Tehran hava limanında A. Muniri A. Əraqçi qarşılayıb.

Səfər çərçivəsində regional məsələlərin müzakirəsi və ABŞ ilə dialoq üçün İslamabad danışıqlarının ikinci mərhələsi barədə fikir mübadiləsinin aparılması gözlənilir.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. Cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Saatlarla davam edən müzakirələr razılaşma əldə edilmədən başa çatıb.

Oxşar xəbərlər

Asim Muniri Tehran hava limanında Abbas Əraqçi qarşılayıb
Əraqçi: Müharibəyə son qoymaq üçün ABŞ ilə xoşməramlı dialoq aparılıb
Əraqçi: Mülki obyektlərə vurulan ziyan aradan qaldırılmalıdır
İran və Pakistan XİN rəhbərləri regional məsələləri müzakirə edib
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər