İran Trampın Hörmüz boğazının açılması ilə bağlı ultimatumuna cavab verib
İran Silahlı Qüvvələri Vaşinqton İslam Respublikasının elektrik stansiyalarına hücum etmək qərarına gələcəyi təqdirdə, Birləşmiş Ştatların Yaxın Şərq regionundakı enerji və informasiya infrastrukturu obyektlərinə cavab zərbələri endirməyə hazır olduqlarını bəyan edib.
"Sizinxeber.az" İranın Dövlət Televiziyasına (IRIB) istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında deyilir.
"Bir daha bəyan edirik: düşmən İranın enerji infrastrukturu obyektlərinə hücum edəcəyi təqdirdə, biz Yaxın Şərq ərazisində Amerika Birləşmiş Ştatlarına məxsus olan bütün enerji və informasiya obyektlərinə, eləcə də texnoloji mərkəzlərə və su təmizləyici qurğulara zərbələr endirəcəyik", - hərbi komandanlığın nümayəndələri vurğulayıblar.
Xəbərdarlıq Amerika Prezidenti Donald Trampın 48 saat ərzində Hörmüz boğazı gəmiçilik üçün tam açılmayacağı təqdirdə, İranın bəzi elektrik stansiyalarını məhv etmək təhdidləri fonunda səslənib.
İranın "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının rəsmi nümayəndəsi martın 11-də bildirib ki, Tehran Hörmüz boğazı vasitəsilə ABŞ və onun müttəfiqləri ilə əlaqəli hər hansı yanacaq yüklərinin daşınmasına imkan verməyəcək. Bu strateji əhəmiyyətli su yolu vasitəsilə bütün dünya üzrə neft ixracının təxminən beşdə biri həyata keçirilir. Martın 15-də İran tərəfi xəbərdarlıq edib ki, düşməni geri çəkilməyə məcbur etmək üçün bütün mövcud vasitələrdən, o cümlədən Hörmüz boğazında gəmiçiliyə nəzarətdən istifadə etməyə hazırdır.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Oxşar xəbərlər
Tramp İrana Hörmüz boğazını açmaq üçün 48 saat vaxt verib
İran ABŞ müttəfiqlərinin Yaxın Şərqdə enerji infrastrukturunu tamamilə məhv etməklə hədələyir
ABŞ Hörmüz boğazı sahillərində İranın raket mövqelərinə zərbələr endirdi
Tramp: Hörmüz boğazının minalanması İran üçün intihar olardı
İran müharibədən sonra Hörmüz boğazı üçün yeni qaydalar hazırlayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
XİN başçısı: Serbiya və Xorvatiya arasında açıq qalan məsələlərin siyasiləşdirilməsindən çəkinmək lazımdır
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
ABŞ-nin yeni hərbi kontingentinin Litvaya gəlişinin anonsu verilib
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
