Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
İrandakı hərbi əməliyyatlara və qan tökülməsinə görə məsuliyyəti ABŞ Prezidenti Donald Trampın müşavirləri daşıyır.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
"Ədalətli və bərabərhüquqlu razılaşmanın tamamilə əldə edilə biləcəyini nəzərə alsaq, Birləşmiş Ştatlar Prezidentinə yanlış tövsiyələr verənlər tökülən qana görə məsuliyyət daşımalıdırlar", - o qeyd edib.
Əraqçi vurğulayıb ki, Yaxın Şərqdəki eskalasiya həm İran, həm də Amerika xalqına zorla qəbul etdirilib.
Daha əvvəl İran diplomatiyasının rəhbəri bildirmişdi ki, Tehran aktual məsələlərlə bağlı atəşkəs və ya danışıqların aparılması xahişi ilə heç vaxt Vaşinqtona müraciət etməyib. Əraqçi həmçinin vurğulayıb ki, İran tərəfi yalnız Amerika obyektlərinə, infrastrukturuna və hərbi bazalarına zərbələr endirir.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Nəticədə ölkənin ali lideri Əli Xamenei və bir sıra yüksəkvəzifəli məmurlar öldürülüb. Bundan sonra İran təkcə İsraildə deyil, həm də ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi ölkələrdə - Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdəki hədəflərə zərbələr endirməyə başlayıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Oxşar xəbərlər
Əraqçi: İran lazım olduğu qədər özünü müdafiə etməyə hazırdır
Əraqçi: Bu müharibə bizə zorla qəbul etdirilib
İran ABŞ-yə məxsus "Citibank"ın hədəfə alınmasının səbəbini açıqlayıb
İran XİN başçısı hərbi əməliyyatların dayandırıldığına işarə edib – YENİLƏNİB 2
Abbas Əraqçi: İran mümkün müharibəyə hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Şotlandiyanı üstələyən Braziliya C qrupunu lider kimi başa vurub - YENİLƏNİB-6
