İranın fabrikləri atəşə tutulub, ölənlər var
ABŞ və İsrailin hərbi hava qüvvələri İranın mülki fabriklərinə hava zərbələri endirib, ölənlər var.
"Sizinxeber.az" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
"48 saat ərzində mülki fabriklər hədəf alınıb, ölənlər var" , - məlumatda qeyd olunub, lakin həlak olanların dəqiq sayı açıqlanmayıb.
SEPAH ABŞ-nin bölgədəki bütün sənaye obyektlərinə hücum edəcəyi barədə xəbərdarlıq edib:
"Amerikalılar bölgədəki bütün sənaye obyektlərini boşaltsınlar və ABŞ-nin pay sahibi olduğu sənaye fabriklərinin ətrafındakı ərazilərin əhalisindən onlara zərər gəlməməsi üçün həmin zonadan təxliyə olunmağı tələb edirik".
İsfahanda zavoda hücum nəticəsində 15 nəfər həlak olub.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
Oxşar xəbərlər
SEPAH "Gerçək vəd 4" əməliyyatının 50-ci dalğasını həyata keçirib
İsrailin Baş naziri İrana yeni zərbələr endiriləcəyini açıqlayıb
İsrailin Baş naziri İrana yeni zərbələr endirəcəyini açıqlayıb
Livan və İordaniya hava məkanını açıb
Mehrabad hava limanında uçuşlar şənbə günü səhər saatlarına qədər dayandırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
