Ermənistan və İran prezidentləri regionda kommunikasiyaların açılmasını müzakirə ediblər
sizinxeber.az xəbər saytı

Ermənistan və İran prezidentləri regionda kommunikasiyaların açılmasını müzakirə ediblər


Ermənistan prezidenti Vaaqn Xaçaturyan İrəvanda rəsmi səfərdə olan iranlı həmkarı Məsud Pezeşkian ilə iqamətgahında görüşüb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Tərəflər regional gündəlikdəki məsələləri, o cümlədən kommunikasiyaların açılmasını müzakirə ediblər. Xaçaturyan ümidvar olduğunu bildirib ki, İran liderinin səfəri Ermənistan-İran münasibətlərinin daha da möhkəmlənməsi üçün stimul olacaq, regionda sülh və sabitliyin bərqərar olmasına töhfə verəcək.

Dövlət başçıları regiondakı geosiyasi vəziyyətə və kommunikasiyaların açılması məsələsinin müzakirəsinə xüsusi diqqət yetiriblər.

“Tərəflər vurğuladılar ki, sabit və uzunmüddətli sülhün bərqərar olması, eləcə də suverenlik, ərazi bütövlüyü və müstəqillik prinsipləri əsasında ticarət yollarının formalaşdırılması bütün regionun maraqlarına cavab verir”, - deyə məlumatda bildirilib.

Oxşar xəbərlər

Ermənistan və İran Təhlükəsizlik şuralarının rəhbərləri regionda kommunikasiyaların açılması məsələsini müzakirə ediblər
Gürcüstan və Ermənistan prezidentləri regional məsələləri müzakirə ediblər
Ermənistan səfiri İranın vitse-prezidenti ilə sülh və regional sabitliyi müzakirə edib
Ermənistan prezidenti İranın vitse-prezidenti ilə görüşüb
Paşinyanla Abdulahian Bakı və İrəvan arasında sülh sazişi məsələsini müzakirə edib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər