Paşinyan kilsənin ünvanına səsləndirdiyi kobud ifadələrə görə üzr istəyib
Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Apostol kilsəsinin ruhanilərinə qarşı istifadə etdiyi sözlərə görə üzr istəyib.
"Report"un məlumatına görə, müvafiq məlumat baş nazirin "Facebook" səhifəsində dərc edilib.
"Korrupsiyaya qarşı mübarizə komissiyası mənim çıxışımda iki məlum epizodla bağlı davranış qaydalarının pozulmasını qeyd edib. Bəzi qiymətləndirmələrlə tam razı olmasam da, üzr istəyirəm", - deyə Paşinyan yazıb.
Bununla yanaşı, o vurğulayıb ki, üzrxahlıq yalnız komissiyanın qərar qəbul etdiyi iki ifadəyə aiddir.
Qeyd edək ki, sözügedən komissiya N. Paşinyanın vəzifəli şəxsin davranış kodeksini pozduğu qənaətinə gəlib.
Xatırladaq ki, Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda ittiham edib.
Oxşar xəbərlər
Paşinyan yenidən II Qaregindən izahat tələb edib: Susmaq razılıq deməkdir
Paşinyan yeni katolikosu müəyyən edəcək seçkilərin keçirilməsinin vacibliyini bəyan edib
Paşinyan II Qaregini vəzifəsindən uzaqlaşdırmaq üçün əlaqələndirmə qrupu yaratmaq niyyətindədir
Nikol Paşinyan: II Qaregin subaylıq əhdini pozub, övladı da var
Paşinyan II Qareginin devrilməsi planını hazırlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
