Sizinxeber.az » DÜNYA » MDB » Rusiyada barıt zavodunda partlayışda ölənlərin sayı 5-ə çatıb, 74 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-2

Rusiyada barıt zavodunda partlayışda ölənlərin sayı 5-ə çatıb, 74 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-2

Rusiyanın Ryazan vilayətindəki “Elastik” barıt zavodunda baş verən partlayışa səbəb işlər zamanı sursatın detonasiya etməsi olub.

Sizinxeber.az xəbər verir ki, hadisə nəticəsində xəsarət alanların sayı 74 nəfərə çatıb.

Onlardan 5 nəfəri ağır vəziyyətdə Şilov Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

***

13:37

Rusiyanın Ryazan vilayətində barıt istehsalı zavodunda partlayışda ölənlərin sayı 5-ə çatıb.

Sizinxeber.az xəbər verir ki, Rusiya mətbuatı “Elastik” zavodunda yanğınla müşayiət olunan partlayışda yaralananlardan 10 nəfərinin vəziyyətinin ağır olduğunu yazır.

İlkin ehtimala görə, partlayışa barıt istehsal edən sexdə texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəb olub.

Partlayış nəticəsində sexin binası tamamilə dağılıb. Dağıntılar altında qalanların olduğu bildirilir.

Zavod ərazisindən 100 nəfər təxliyə edilib.

Qeyd edək ki, 2021-ci ildə də bu zavodda partlayış baş verib. Həmin vaxt barıt istehsalı sexində baş vermiş partlayışda 17 nəfər ölmüşdü.

***

13.27

Rusiyanın Ryazan vilayətində barıt istehsalı zavodunda partlayışda üç nəfər ölüb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Şilov rayonunda yerləşən “Elastik” zavodunda partlayışda 20 nəfərin yaralandığı bildirilib.

***

13.20

Rusiyanın Ryazan vilayətində barıt istehsalı zavodunda yanğın və partlayış baş verib.

Sizinxeber.az xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, hadisə bu gün saat 11:00 radələrində qeydə alınıb, güclü səs eşidilib və müəssisə üzərində tüstü müşahidə olunub.

Bildirilib ki, ən azı 3 nəfər xəsarət alıb.

İlkin məlumatlara əsasən, yanğının səbəbi PUA hücumu ilə bağlı deyil. Regionda pilotsuz uçuş aparatları təhlükəsi ilə bağlı həyəcan siqnalı verilməyib.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !