sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
ABŞ Prezidenti Putinə Melaniya Trampın məktubunu təqdim edib
ABŞ Prezidenti Donald Tramp Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı ölkənin birinci xanımı Melaniya Trampın məktubunu ona təqdim edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ-nin birinci xanımı məktubda Ukrayna və Rusiyadakı uşaqların vəziyyəti ilə bağlı mövzuya toxunub.
"Məktubun məzmununu açıqlamayan rəsmilər orada yalnız Ukraynada müharibə nəticəsində uşaqların oğurlanmasından bəhs edildiyini bildiriblər", - agentlik yazır.
Qeyd edək ki, Melaniya Tramp həyat yoldaşını Ankoricə səfəri zamanı müşayiət etməyib.
Oxşar xəbərlər
Kennedi Mərkəzi Melaniya Trampın şərəfinə adlandırıla bilər
Tramp və xanımı Roma Papasının dəfn mərasimində iştirak edəcək
Melaniya Trampın kriptovalyuta buraxması ilə bitkoinin qiyməti 99 min dollara düşüb
KİV: Tramp Rusiyaya Alyaskada faydalı qazıntıların çıxarılmasını təklif etməyə hazırlaşır
Tramp Roma Papasının dəfn mərasimində iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













