Sizinxeber.az » DÜNYA » Region » Rusiya Ukrayna ordusunun mövqelərinə zərbələr endirib, ölən və yaralananlar var

Rusiya Ukrayna ordusunun mövqelərinə zərbələr endirib, ölən və yaralananlar var

Çərşənbə axşamına keçən gecə Rusiya Silahlı Qüvvələrinin Ukrayna ordusunun Quru Qoşunlarının təlim bölmələrindən birinə raket zərbəsi endirməsi nəticəsində 1 hərbçi həlak olub, 11 hərbçi yaralanıb.

“Sizinxeber.az” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının bəyanatında deyilir.

"Bu gecə Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının təlim bölmələrindən birinin ərazisinə raket zərbəsi endirib. Görülən təhlükəsizlik tədbirlərinə baxmayaraq, 1 hərbçi həlak olub, 11 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Daha 12 hərbçi akustik travma və kəskin stress şikayətləri ilə tibbi yardım üçün müraciət edib”, - məlumatda bildirilib.

Hadisə yerində fövqəladə hallar üzrə yardım xidmətləri işləyir. Yaralılara zəruri tibbi yardım göstərilir.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !