Ermənistanda Dövlət Gəlirləri Komitəsinin sabiq sədri saxlanılıb
sizinxeber.az xəbər saytı

Ermənistanda Dövlət Gəlirləri Komitəsinin sabiq sədri saxlanılıb


Ermənistanda hüquq-mühafizə orqanları Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri Vardan Arutyunyanı saxlayıblar.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Antikorrupsiya Komitəsi məlumat yayıb.

O, qanunsuz sahibkarlıq fəaliyyətində iştirakda və çirkli pulların yuyulmasında ittiham olunur.

Hazırda Antikorrupsiya Məhkəməsi Arutyunyanın həbsi ilə bağlı vəsatətə baxır.

O, 2016-2018-ci illərdə vergi qurumuna rəhbərlik edib, bundan əvvəl "Qazprom Ermənistan"ın baş direktoru olub.

Oxşar xəbərlər

Ermənistanda keçmiş komitə sədri saxlanılıb
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Ermənistanda icmanın sabiq başçısı dövlətə 454 min dollar ziyan vurmaqda ittiham edilir
Ermənistanın baş nazirinin keçmiş müavini əleyhinə cinayət işi məhkəməyə göndəriləcək
Ermənistanın hərbi sənaye komitəsinin keçmiş sədri külli miqdarda mənimsəmədə ittiham olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər