Kamçatka və Saxalin sahilləri sunami dalğalarının zərbələrinə məruz qalıb
sizinxeber.az xəbər saytı

Kamçatka və Saxalin sahilləri sunami dalğalarının zərbələrinə məruz qalıb


Sakit okean akvatoriyasında baş verən zəlzələdən sonra Saxalin və Kamçatka diyarının üç bələdiyyə qurumunun sahilləri sunami dalğalarının zərbələrinə məruz qalıb.

“Sizinxeber.az” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar üzrə xidmətlərin nümayəndəsi bildirib.

"Saxalin vilayətinin və Kamçatkanın üç bələdiyyə qurumunun sahil zonasında sunami dalğalarının keçməsi qeydə alınıb. Sahilə çırpılan dalğaların hündürlüyü beş metrə çatıb", - o qeyd edib.

Xatırladaq ki, çərşənbə günü Kamçatkada 8,7 maqnitudalı zəlzələ baş verib. Bu, 1952-ci ildən bəri ən güclü zəlzələdir. 8 bala qədər yeraltı təkanlar şimali Kuril adalarında da hiss edilib. Kamçatkada və Şimali Kurildə sunami təhlükəsi elan edilib, eləcə də fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Oxşar xəbərlər

Kurildə fövqəladə vəziyyət rejimi tətbiq edilib
Meksikada Kamçatka zəlzələsi ilə bağlı sunami xəbərdarlığı edilib
Meksikada Kamçatka zəlzələsi ilə bağlı sunami xəbərdarlığı edib
Kamçatkada ardıcıl üç zəlzələ olub, sunami xəbərdarlığı edilib
Kamçatkada 5,6 maqnitudalı zəlzələ olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər