Zaxarova: Fransa Yeni Kaledoniya əhalisinin hüquqlarını təmin etməlidir
Yeni Kaledoniyanın gələcək statusu haqqında saziş qiymətləndirilməli, Fransa arxipelaqın yerli əhalisinin qanuni hüquq və maraqlarını təmin etməlidir.
“Sizinxeber.az” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
"Aydındır ki, iyulun 12-də Parisdə elan edilən gələcək status haqqında saziş metropoliyanın arxipelaqda dərinləşən və geniş beynəlxalq rezonans doğuran böhrana məcburi reaksiyasıdır. 2024-cü ilin yazında Yeni Kaledoniyada kütləvi iğtişaşlar baş verdi, buna Fransa hakimiyyətinin bu dənizaşırı əraziyə qarşı yürütdüyü mahiyyətcə müstəmləkəçi və uğursuz siyasəti səbəb olmuşdu ", - diplomat qeyd edib.
Onun sözlərinə görə, Yeni Kaledoniyada yaranmış narahatedici vəziyyət 20-ci əsrin dekolonizasiya prosesinin başa çatmamasının nəticəsidir.
"Paris Yeni Kaledoniyanın gələcək statusu haqqında sazişi arxipelaqa guya daha çox muxtariyyət verən, onun sakinlərinin hüquqlarını genişləndirən mühüm kompromis kimi təqdim edir. Fikrimizcə, göstərilən razılaşmalara bu cür qiymət vermək hələ tezdir, çünki bütün maraqlı tərəflər onları hələ təsdiqləməlidir", - M.Zaxarova qeyd edib.
Oxşar xəbərlər
Zaxarova Fransa səfirinin Rusiya XİN-ə çağırılmasının səbəbini açıqlayıb
Yeni Kaledoniyada Fransa müstəmləkəsi olan ərazilərin ilk konqresi keçirilir - FOTO - VİDEO
BTQ xarici tədqiqatçılarla birlikdə Yeni Kaledoniyadakı iğtişaşlar, repressiyalar və buna beynəxalq reaksiyanı araşdırıb
KİV: Yeni Kaledoniyada polis əməliyyat keçirib, iki nəfər güllələnib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
