Yaponiyada zəlzələdən sonra sunami xəbərdarlığı ləğv edilib – YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Yaponiyada zəlzələdən sonra sunami xəbərdarlığı ləğv edilib – YENİLƏNİB


Yaponiyanın üçüncü böyük adası olan Küsünün cənubundakı Miyadzaki prefekturasında baş verən 6,9 maqnitudalı zəlzələdən sonra elan edilmiş sunami xəbərdarlığı ləğv edilib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə seysmoloji xidmət funksiyalarını yerinə yetirən Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Qeyd edilir ki, zəlzələdən sonra dalğa hündürlüyü 1 m-ə qədər ola biləcək sunami təhlükəsi elan edilib, reallıqda isə bu, əksər yerlərdə 20 sm olub. Yaponiya Baş nazirinin ofisində yeraltı təkanlarla bağlı böhran qərargahı fəaliyyətə başlayıb.

Yerli enerji şirkətinin məlumatına görə, zəlzələ zonasında yerləşən iki atom elektrik stansiyasında heç bir problem aşkarlanmayıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, bölgədə nəqliyyatın hərəkəti normaldır. Dəmir yolu xidməti də müvəqqəti bağlandıqdan sonra qrafikə uyğun işləyir.

17:09

Yaponiyanın Kyuysu adasının şərq sahilində Filippin dənizində 6,6 maqnitudalı zəlzələ qeydə alınıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

ABŞ Geoloji Xidməti zəlzələni 6,9 maqnitudada qiymətləndirib.

Zəlzələnin episentri Miyadzaki prefekturasının yaxınlığında 30 km dərinlikdə yerləşib.

Zəlzələdən sonra Yaponiya hakimiyyəti Miyadzaki və Koti prefekturaları üçün sunami təhlükəsi elan edib. Hakimiyyət insanları dənizdən uzaq durmağa və sahil xəttindən uzaqlaşmağa çağırır.

Oxşar xəbərlər

Yaponiyada 6,6 maqnitudalı zəlzələ baş verib, sunami təhlükəsi elan edilib
Yaponiya sahillərində güclü zəlzələdən sonra sunami baş verib
Yaponiyada 7,1 bal gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
Yaponiyada 6,9 maqnitudalı zəlzələ olub, sunami xəbərdarlığı edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər