Cənubi Koreyada daşqınlar nəticəsində 23 nəfər həlak olub
sizinxeber.az xəbər saytı

Cənubi Koreyada daşqınlar nəticəsində 23 nəfər həlak olub


Cənubi Koreyada güclü yağışlar və daşqınlar nəticəsində 23 nəfər həlak olub, daha 5 nəfər itkin düşüb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə “The Hankyoreh” nəşri ölkənin İnzibati İdarəetmə və Təhlükəsizlik Nazirliyinə istinadən məlumat verib.

Bildirilib ki, ən çox qurban Kyonsan-Namdo əyalətindədir - 13 nəfər, Kyongidoda - 6, Çxunçxon-Namdoda - 3, Kvançu şəhərində - 1 nəfər. Kaphen qəzasında üç nəfər itkin düşüb.

Bundan əlavə, leysan və daşqınların nəticələri səbəbindən 2,2 mindən çox təxliyə edilmiş insan evlərinə qayıda bilmir.

Oxşar xəbərlər

Cənubi Koreyada daşqınlar nəticəsində dörd nəfər həlak olub, 5 mindən çox insan təxliyə edilib
Vyetnamda 250-dən çox insan daşqınların qurbanı olub
ABŞ-də daşqınlar nəticəsində 13 nəfər ölüb
Çexiyada daşqınlar səbəbindən 21 mindən çox insan təxliyə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər