Türkiyənin 47 əyalətində İŞİD-ə qarşı əməliyyat keçirilib, 298 nəfər saxlanılıb
Türkiyənin 47 əyalətində keçirilən antiterror əməliyyatı nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 298 nəfər saxlanılıb.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.
Məlumata görə, Aksaray, Amasya, Ankara, Adana, Adıyaman, Antalya, Artvin, Burdur, Bursa, Eskişehir, Hatay, Iğdır, İstanbul, İzmir, Kahramanmaraş, Kırıkkale, Kırşehir, Kilis, Mersin, Muğla, Sakarya, Şanlıurfa, Tekirdağ, Van, Yalova və Zonquldakda keçirilən əməliyyatlarda İŞİD terror qruplaşmasını maliyyə vəsaiti ilə təmin edən, həmçinin təşkilatın təbliğatını apardığı müəyyən olunan 139 şübhəli şəxs saxlanılıb.
Əməliyyatlar nəticəsində bir neçə odlu silah, qruplaşmaya aid çox sayda sənəd və rəqəmsal material ələ keçirilib.
Bildirilib ki, əməliyyat əyalət prokurorluqları, Jandarm Baş Komandanlığının Terrorla Mübarizə Departamentinin koordinasiyası və əyalət jandarm komandanlıqları tərəfindən keçirilib.
Oxşar xəbərlər
Türkiyədə əməliyyat keçirilib, PKK ilə əlaqədə şübhəli bilinən üç nəfər saxlanılıb
Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, 20 şübhəli saxlanılıb
Türkiyədə İŞİD-ə qarşı əməliyyat zamanı 46 nəfər saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
