
Peskov: Rusiya, ABŞ və Çin liderlərinin sentyabrda mümkün görüşü barədə məlumat yoxdur

Peskov: Rusiya, ABŞ və Çin liderlərinin sentyabrda mümkün görüşü barədə məlumat yoxdur
Rusiya, ABŞ və Çin liderlərinin sentyabrda mümkün görüşü barədə məlumat yoxdur.
"Report" xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov “The Times”in məlumatlarına cavab olaraq bildirib.
“Biz belə bir görüşün mümkünlüyü barədə heç nə bilmirik”, - sözçü deyib.
İyulun 18-də “The Times” mənbələrə istinadən yazıb ki, Tramp, Putin və Si Cinpin sentyabrın əvvəlində Çində görüş keçirə bilərlər. Bildirilib ki, Amerika lideri Vaşinqton və Pekin arasında bir sıra ticarət sazişləri bağlandıqdan sonra sentyabrda keçiriləcək sammit çərçivəsində Çin və Rusiya liderləri ilə görüşə dəvət oluna bilər.
May ayında Putin Si Cinpin ilə görüşdə İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümünə həsr olunmuş təntənəli tədbirlərə dəvətə görə minnətdarlığını bildirib və Çinə səfər etmək niyyətini açıqlayıb.