Gürcüstanın spikeri: Avropa İttifaqının səfiri seçkiyə müdaxilə edib
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Avropa İttifaqının Tbilisidəki səfiri Pavel Herçinskini ölkədə keçirilmiş seçkilərə birbaşa müdaxilədə ittiham edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə spiker Gürcüstanın Birinci Kanalında yayımlanan “Günün Mövzusu” verilişində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Herçinski seçkilərə 22 gün qalmış “Gürcü arzusu” partiyasının seçki bannerlərini “biabırçı və dəhşətli” adlandırmaqla tərəflərdən birinə qarşı mövqe sərgiləyib.
O əlavə edib ki, bu cür mövqelər beynəlxalq hüquq normalarına, o cümlədən Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 41-ci maddəsinə ziddir.
“Diplomatın toxunulmazlıq və digər imtiyazları müqabilində bir əsas öhdəliyi var – daxili işlərə qarışmamaq. Seçkilərə bir neçə gün qalmış Aİ səfirinin seçicilərə birbaşa müraciət etməsi və hökuməti Avropa inteqrasiyasına mane olmaqda ittiham etməsi diplomatik davranışla uyğun gəlmir”.
O, qeyd edib ki, Gürcüstan suveren və müstəqil dövlətdir və heç bir səfir ölkənin daxili siyasi proseslərinə müdaxilə etməməlidir.
Oxşar xəbərlər
Gürcüstanın Baş naziri: Aİ səfiri ölkənin daxili işlərinə müdaxiləni dayandırmasa, diplomatik tədbirlər görüləcək
Aİ-nin Gürcüstandakı səfiri hökumətin ittifaqa üzvlük prosesini dayandırmaq qərarını kədərli adlandırıb
Gürcüstan parlamentinin sədri bütün səfirləri ölkənin daxili işlərinə qarışmamağa çağırıb
Şalva Papuaşvili: Avropanın Rusiyaya qarşı sanksiyalar tətbiq etmək çağırışı “utancverici və iyrənc”dir
Gürcüstan parlamentinin spikeri prezidenti saxtakarlıqda ittiham edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













