Samvel Karapetyanın "Ermənistan Elektrik Şəbəkələri" milliləşdirilir
sizinxeber.az xəbər saytı

Samvel Karapetyanın "Ermənistan Elektrik Şəbəkələri" milliləşdirilir


Həbs edilmiş iş adamı Samvel Karapetyana məxsus "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin milliləşdirilməsi proseduruna başladılıb.

"Report"un xəbərinə görə, bu barədə Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Nazirlik "Ermənistan Elektrik Şəbəkələri" QSC tərəfindən yol verilmiş pozuntularla bağlı İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasına müraciət edib", - məlumatda deyilir.

Bununla da qurum şirkətin milliləşdirilməsinə imkan verən proseduru başladıb.

İyulun 3-də Ermənistan parlamenti bu məqsədlə "Energetika haqqında" və "İctimai xidmətlərin tənzimlənməsi komissiyası haqqında" qanunlara dəyişikliklər qəbul edib.

Oxşar xəbərlər

Ermənistan parlamenti "Elseti"nin milliləşdirilməsi layihəsini birinci oxunuşda qəbul edib
Paşinyan: "Ermənistan Elektrik Şəbəkələri"nin milliləşdirilməsi layihəsi hazırdır
"Taşir qrup"un İrəvandakı ofisində axtarış aparılır
Paşinyan: "Ermənistan Elektrik Şəbəkələri" müvəqqəti olaraq dövlətin nəzarətinə keçəcək
Ermənistan parlamenti "Elektrik şəbəkələri"nin milliləşdirilməsi layihəsini təsdiqləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər