“Mi-8” helikopteri Yakutiyada planlaşdırılmamış eniş edib - YENİLƏNİB
“Mi-8” helikopteri Saxa Respublikasında (Yakutiya) Lenskdən 26 km məsafədə planlaşdırılmamış eniş edib, hadisə zamanı heç kim xəsarət almayıb.
"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğu məlumat yayıb.
"İlkin məlumata görə, bu gün saat 16:00-da “Mi-8” helikopteri Lensk şəhərindən 26 kilometr məsafədə planlaşdırılmamış eniş edib. Xəsarət alan yoxdur", - məlumatda bildirilib.
Rusiyanın şərqində göyərtəsində üç ekipaj üzvü və iki texniki heyətin olduğu Mi-8 helikopteri radarlardan itib.
"Report"un məlumatına görə, bu barədə REN TV-dəki mənbə məlumat verib.
Qeyd olunur ki, hava gəmisi "Vzlet" şirkətinə məxsusdur.
Bildirilib ki, helikopter Xabarovsk diyarındakı Oxotsk qəsəbəsindən Maqadana uçurmuş.
Mənbə qeyd edib ki, Maqadan tərəfindən helikopteri axtarmaq üçün An-26, Oxotsk tərəfindən isə başqa bir Mi-8 göndərilib.
Oxşar xəbərlər
Rusiyada göyərtəsində beş nəfərin olduğu Mi-8 helikopteri radarlardan itib
Rusiyada göyərtəsində 5 nəfər olan Mi-8 helikopteri radardan itib
Rusiyada Mi-8 helikopteri radardan itib
Yaponiya xilasetmə xidmətinin helikopteri radarlardan itib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
