Rusiyanın Nijni Novqorod şəhər hava limanının polis rəisi həbs edilib
Rusiyanın Nijni Novqorod şəhərinin hava limanının Polis İdarəsinin rəisi Namiq Musayev qanunsuz miqrasiyanın təşkili ilə bağlı cinayət işinin istintaqı çərçivəsində saxlanılıb.
“Sizinxeber.az” yerli mətbuata istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Volqa Federal Dairəsi üzrə Nəqliyyat İdarəsi N.Musayevin saxlanılmasını təsdiqləyib.
Bildirilir ki, bir qrup vətəndaşın qanunsuz hərəkətlərini nəqliyyat polisinin mühafizə xidmətinin əməkdaşları Federal Təhlükəsizlik Xidməti İdarəsinin Nijni Novqorod vilayəti üzrə həmkarları ilə birgə müəyyən ediblər.
On iki əməkdaşın “sxem”ə cəlb olunduğu, fəaliyyətin bölüşdürüldüyü, bəzilərinin pul qəbul etdiyi, bəzilərinin rəisin qanunsuz əmrlərini yerinə yetirdiyi iddia olunur.
Məlumata görə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 322-ci (sərhədi qanunsuz keçmə) və 286-cı (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə açılıb, N.Musayev barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Nijni Novqorod vilayətində yol qəzasında 3 nəfər ölüb
Moskvaya uçan azı 10 təyyarə Nijni Novqorod və Sankt-Peterburqa enib
Rusiyanın bir sıra hava limanlarında uçuş məhdudiyyətləri ləğv edilib - YENİLƏNİB
Rusiyanın bir sıra hava limanları fəaliyyətlərini dayandırıb
Nijni Novqorodda Azərbaycandakı biznes imkanlarına dair vebinar keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













