Nijni Novqorodda Azərbaycandakı biznes imkanlarına dair vebinar keçiriləcək
sizinxeber.az xəbər saytı

Nijni Novqorodda Azərbaycandakı biznes imkanlarına dair vebinar keçiriləcək


Nijni Novqorod vilayətinin İxraca Dəstək Mərkəzi avqustun 14-də yerli sahibkarları Azərbaycanda biznes qurmaq imkanları ilə tanış etmək üçün vebinar keçirəcək.

"Report" xəbər verir ki, bu barədə Nijni Novqorod vilayəti hökumətinin məlumatında deyilir.

“Azərbaycan Nijni Novqorod ixracatçıları üçün perspektivli istiqamətlərdən biri olaraq qalır. Regional şirkətlər artıq ölkəyə buğda, boru, faner və kimya məhsulları tədarük edir, lakin Azərbaycandakı təşkilatlarla əməkdaşlıq mədəniyyət, biznesin aparılmasının xüsusiyyətləri və ölkədəki iqtisadi vəziyyət haqqında əsas bilik tələb edir”, - vilayətin sənaye, ticarət və sahibkarlıq naziri Maksim Çerkasov bildirib.

O qeyd edib ki, vebinar iştirakçılarına Azərbaycanla bağlı bütün məlumatları Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov təqdim edəcək.

Tədbir Rusiya Prezidentinin təşəbbüsü ilə həyata keçirilən “Kiçik və orta müəssisələr” milli layihəsi çərçivəsində baş tutacaq.

Oxşar xəbərlər

Polşa kənd təsərrüfatı məhsullarının Azərbaycana ixrac imkanları müzakirə olunacaq
Onun nəşini Rusiyadan gətirməliyik – Fazil Mustafa
Vyetnam Azərbaycanla təhsil və biznes sahələrində əməkdaşlıq etmək istəyir
Ticarət nümayəndəsi: "Rusiya şirkətləri Qarabağda fəaliyyət üçün 24 layihə ilə bağlı müraciət ediblər"
AZPROMO: Xarici şirkətlər Qarabağda 442 layihə həyata keçirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle