Rəcəb Tayyib Ərdoğan: Terror hücumları nəticəsində ümumilikdə 50 minə yaxın insanımız həyatını itirib
sizinxeber.az xəbər saytı

Rəcəb Tayyib Ərdoğan: Terror hücumları nəticəsində ümumilikdə 50 minə yaxın insanımız həyatını itirib


Türkiyədə terror hücumları nəticəsində qeyri-sabit vəziyyət yaranmışdı.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın 32-ci “Məsləhətləşmə və Dəyərləndirmə” toplantısında keçmiş PKK terror təşkilatı tərəfdarlarının iyulun 11-də İraqın şimalında yerləşən Süleymaniyə şəhərində silahları təhvil verməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, 47 il əvvəl, avqustun 14-də Siğirt və Hakkaridə bölücü terror təşkilatı ilk hücumunu həyata keçirib:

“Həmin tarixdən etibarən bölücü terror təşkilatı 10 minə yaxın təhlükəsizlik əməkdaşımızı şəhid etdi, 50 minə yaxın insanımız həyatını itirdi və biz bu tarixi və olanları unutmayacağıq. Şəhidlərimiz həmişə baş tacımız olacaq. 1984-cü ildən sonra terror təşkilatı daha da irəli getdi və torpaqlarımızda onun kökü kəsilmədi. Burada, əlbəttə, bizim də müəyyən səhvlərimiz oldu. Bir gecədə insanlar köçə məcbur edildi. Səhv addımlarla terror təşkilatına istismaredici bir zəmin yaradıldı. Türkiyədə terror hücumları nəticəsində qeyri-sabit vəziyyət yarandı. İqtisadiyyatda iki trilyon dollarlıq bir ziyan müşahidə edildi”.

Oxşar xəbərlər

Ərdoğan: Bu gündən etibarən Türkiyə üçün yeni tarixi səhifə açılıb
Ərdoğan: “Terror hücumları ilə millətimizi bölmək dövrü bitib, uduzacaqlar"
Ərdoğan PKK-nın silahları təhvil verməsi barədə paylaşım edib
PKK İraqın şimalında silahları təhvil verib - YENİLƏNİB
Türkiyə lideri: Ankaradakı terror aktından sonra 213 silahlı məhv edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər