Ərdoğan PKK-nın silahları təhvil verməsi barədə paylaşım edib
sizinxeber.az xəbər saytı

Ərdoğan PKK-nın silahları təhvil verməsi barədə paylaşım edib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş PKK terror təşkilatı tərəfdarlarının bu gün İraqın şimalında yerləşən Süleymaniyə şəhərində silahları təhvil verməsinə münasibət bildirib.

"Report" xəbər verir ki, Ərdoğan "X"də etdiyi paylaşımında "Terrorsuz Türkiyə" adı ilə qarşıya qoyulan hədəfə gedən yolda atılan bugünkü mühüm addımın xeyirlərə vəsilə olmasını diləyib.

"Ölkəmizin təhlükəsizliyi, millətimizin hüzuru və bölgəmizdə daimi sülhün təsisi üçün yeridiyimiz bu yolda Allah hədəflərimizə çatmağı bizlərə nəsib eləsin", - Türkiyə Prezidenti vurğulayıb.

Xatırladaq ki, “Terrorsuz Türkiyə” quruculuğu prosesi çərçivəsində keçmiş PKK terror təşkilatı bu gündən silahları təhvil verməyə başlayıb.

Oxşar xəbərlər

PKK İraqın şimalında silahları təhvil verib - YENİLƏNİB
Ərdoğan: Terrorsuz Türkiyə hədəfimizə çatacağıq
Ərdoğan: Türkiyə terrorla mübarizəyə iki trilyon dollar xərcləyib
Keçmiş PKK terror qruplaşması üzvlərinin silahları təhvil verəcəyi tarix məlum olub
Ərdoğan: 40 ildir davam edən terror bəlasından xilas olmağa çox yaxınıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle