PKK İraqın şimalında silahları təhvil verib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

PKK İraqın şimalında silahları təhvil verib - YENİLƏNİB


“Terrorsuz Türkiyə” quruculuğu prosesi çərçivəsində İraqın şimalında yerləşən Süleymaniyə şəhərində silahları təhvil verməyə başlayan keçmiş PKK terror təşkilatı proses barədə açıqlama yayıb.

"Report" "Halk TV"yə istinadən xəbər verir ki, özünə "Sülh və Demokratik Cəmiyyət Qrupu" adını verən terror təşkilatı PKK-nın tərəfdarları bu addımı Abdullah Öcalanın iyunun 19-dakı çağırışı əsasında atdıqlarını bildiriblər.

Qeyd edilib ki, silahlar prosesi müşahidə edənlərin gözü qarşısında yandırılıb.

12:19

“Terrorsuz Türkiyə” quruculuğu prosesi çərçivəsində keçmiş PKK terror təşkilatı bu gündən silahları təhvil verməyə başlayıb.

“Report” xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.

Məlumata görə, silahlar İraqın Süleymaniyə şəhərinin Raperin bölgəsində təhvil verilir.

Qeyd edək ki, alınan silah və sursatlar Milli Kəşfiyyat Təşkilatının nəzarəti altında məhv edilir.

Oxşar xəbərlər

Keçmiş PKK terror qruplaşması üzvlərinin silahları təhvil verəcəyi tarix məlum olub
AKP-nin sözçüsü: ​​​​​​​PKK-nın bütün qolları silahları təhvil verməlidir
Suriya DİN keçmiş rejim üzvlərini silahları dərhal təhvil verməyə çağırıb
"Terrorsuz Türkiyə" üçün kritik dönüş nöqtəsi: PKK bu gün silahı yerə qoyacaq
Türkiyə PKK terror təşkilatının daha 14 hədəfini məhv edib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle