Rusiya Ukrayna ərazisinə rekord sayda hücum həyata keçirib
Ukrayna Rusiya Silahlı Qüvvələrinin ölkə ərazisinə edilən 550 hava hücumu vasitəsindən 478-ni zərərsizləşdirib.
"Sizinxeber.az" Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələrinin məlumatında bildirilib.
Qeyd olunub ki, hücumun əsas hədəfi Kiyev olub.
"İyulun 4-ü gecə satlarında Rusiya Silahlı Qüvvələri 550 hava hücumu vasitəsi ilə hücum edib. Kursk, Şatalovo, Oryol, Bryansk, Millerovo, Primorsko-Axtarsk istiqamətlərindən 539 ədəd “Shahed” tipli zərbə PUA-sı və müxtəlif tipli pilotsuz uçuş aparatlarıdır", - məlumatda qeyd edib.
Bundan əlavə, Ukrayna ərazisinə Lipetsk vilayətinin hava məkanından bir ədəd X-47 M2 "Kinzhal" aeroballistik, Bryanskdan altı "İskander-M"/KN-23 ballistik, Kursk və Voronejdən dörd ədəd "İskander-K" qanadlı raketlər atılıb.
Oxşar xəbərlər
Rusiya gecə saatlarında Ukraynaya 450-dən çox raket və dron buraxıb
Ukrayna ötən gecə Rusiya ərazisinə 337 PUA ilə hücum edib
Rusiya ordusu Kursk vilayətindən Ukrayna ərazisinə daxil olub
Rusiya Ukraynaya rekord sayda dron buraxıb
Ukrayna SQ: Rusiya gecə Ukrayna istiqamətdə 400-dən çox dron və 44 raket buraxıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













