Türkiyə lideri: Çoxsəviyyəli hava hücumundan müdafiə sistemi yaratmalıyıq
sizinxeber.az xəbər saytı

Türkiyə lideri: Çoxsəviyyəli hava hücumundan müdafiə sistemi yaratmalıyıq


Türkiyə çoxsəviyyəli hava hücumundan müdafiə (HHM) sistemi kompleksi yaratmalıdır, çünki bütün ehtiyacları təmin etmək üçün təkcə Rusiyanın S-400 zenit-raket kompleksləri kifayət etmir.

“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitinin keçirildiyi Haaqadan qayıtdıqdan sonra jurnalistlərə bildirib.

"Hava hücumundan müdafiə sistemi təkcə S-400-lə məhdudlaşmır. Biz çoxsəviyyəli HHM sistemi kompleksi yaratmalıyıq", - o qeyd edib.

R.T.Ərdoğanın sözlərinə görə, Türkiyə raket silahlarında əhəmiyyətli irəliləyişə nail olub, lakin bu kifayət deyil.

"Biz birləşmiş sistem, "Polad günbəz" qururuq. Biz öz gücümüzlə hazırladığımız müxtəlif yüksəkliyə malik HHM sistemlərini, sensorları, radioelektron mübarizə sistemlərini birləşdiririk", - prezident qeyd edib.

Oxşar xəbərlər

Türkiyə istənilən xarici təhdidin qarşısını almaq üçün yeni hərbi platformalar yaradır
Türkiyə süni intellektdən istifadə ilə milli “Dəmir günbəz” HHM sistemi yaradacaq
Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini təsdiqləyib
Çin dronlara qarşı yeni zenit-raket-top kompleksi hazırlayıb
Norveç 240 milyon dollarlıq hava hücumundan yeni müdafiə sistemləri alacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle