İranın 60% zənginləşdirilmiş 400 kiloqram uranı yoxa çıxıb
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İsrail ilə münaqişənin kəskinləşməsindən sonra İranın zənginləşdirilmiş uranını izləmək imkanını itirib.
“Sizinxeber.az” xəbər verir ki, bunu agentliyin baş direktoru Rafael Qrossi “France 2” telekanalının efirində deyib.
“60% zənginləşdirilmiş 400 kiloqram uran ciddi məsələdir. Bu material haradasa var, lakin döyüş başlayandan sonra agentlik onun izini itirib”, - deyə o əlavə edib.
Qrossinin sözlərinə görə, hərbi əməliyyatların davam etməsinə baxmayaraq, İran istənilən halda agentliyin müfəttişlərinə materialın harada yerləşdiyini göstərməyə borcludur.
Qrossi həmçinin, İran parlamentinin agentliklə əməkdaşlığı müvəqqəti dayandırmaq qərarını da şərh edib: “Bu, İranın agentliyə etdiyi bir lütf deyil. Bu, qanuni öhdəlikdir. Nə qədər ki, İran “Nüvə silahının yayılmaması haqqında” müqaviləsinin tərəfi olaraq qalır, bu öhdəlik qüvvədədir”.
Oxşar xəbərlər
İran AEBA-nı zənginləşdirilmiş uran ehtiyatlarının qorunması tədbirləri barədə məlumatlandırıb
AEBA rəhbəri: İran zənginləşdirilmiş uranın istehsalını kəskin artırır
AEBA-nın baş direktoru: İranın nüvə silahı hazırladığına dair sübut yoxdur
İran, Misir və BAEA nümayəndələri Qahirədə İranın nüvə proqramını müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













