Məsud Pezeşkian: İranın cavabı İsraili peşman edəcək - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
in
2025
15:00

Məsud Pezeşkian: İranın cavabı İsraili peşman edəcək - YENİLƏNİB

13 in, 2025
15:00
346

Məsud Pezeşkian: İranın cavabı İsraili peşman edəcək - YENİLƏNİB

İran Prezidenti Məsud Pezeşkian xalqa müraciətində İranın cavabının İsraili peşman edəcəyini vurğulayıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, bütün beynəlxalq öhdəliklərə zidd olan hücum İsrailin mahiyyətini təsdiqləyir:

"Əlbəttə İran xalqı və ölkə rəhbərliyi susmayacaq və İranın qanuni və güclü cavabı onları bu hərəkətinə peşman edəcək. Bayraq bir sərkərdənin əlindən düşərsə, başqa bir sərkərdə onu qaldırıb meydana girər. İran dünya və regionda sülh və əmin-amanlıq üçün bütün səylərini göstərdiyi və sülhsevərlik istiqamətində uzunmüddətli danışıqlara və dünyaya etimad yaratmağa tam hazır olduğunu sübut etdiyi qədər hücuma cavab vermək və ölkənin bütövlüyünü qanuni müdafiə etmək üçün də qətiyyətlə hərəkət edəcək”.

13:23

İran Prezidenti Məsud Pezeşkian xalqa müraciət edəcək.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə o özü "X" sosial şəbəkəsində yazıb.

O, həmçinin bildirib ki, İsrail Hərbi Hava Qüvvələrinin İrana zərbələri ilə əlaqədar hökumətin fövqəladə iclası keçirilib.

Bizimlə əlaqə saxlayın