Məsud Pezeşkian: İranın istənilən cavabı balanslı və düşünülmüş olacaq
sizinxeber.az xəbər saytı

Məsud Pezeşkian: İranın istənilən cavabı balanslı və düşünülmüş olacaq


İsrailin ölkə ərazisinə zərbəsindən sonra İran Prezidenti Məsud Pezeşkian Tehranın düşünülmüş cavab verəcəyini vəd edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə İran lideri “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“İranın düşmənləri bilməlidirlər ki, xalqı qorxmadan öz torpaqlarını müdafiə etmək üçün ayağa qalxacaq. İranın istənilən cavabı balanslı və düşünülmüş olacaq”, - Pezeşkian bildirib.

Qeyd edək ki, oktyabrın 26-na keçən gecə İsrail İranın hərbi obyektlərinə zərbələr endirib. İran isə beynəlxalq ictimaiyyəti Yaxın Şərqdə müharibənin başlamasının qarşısını almaq üçün İsrailə qarşı tədbir görməyə çağırıb.

Oxşar xəbərlər

ABŞ İranı hədələyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran Prezidenti ABŞ-a səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pezeşkian: İsrailə raket zərbələri ölkənin "qanuni hüquqlarına" əsaslanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pezeşkian: Qərb ölkələri İsrailə dəstəyi dayandırmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər