Alibek Bakayev: Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərin möhkəm qurulması üçün bütün şərait yaradılıb
sizinxeber.az xəbər saytı

Alibek Bakayev: Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərin möhkəm qurulması üçün bütün şərait yaradılıb


Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığının və münasibətlərin möhkəm qurulması üçün tarix bütün zəruri şəraiti yaradıb.

Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Beşinci Antalya Diplomatik Forumunda iştirak etmiş Qazaxıstanın xarici işlər nazirinin müavini Alibek Bakayev deyib.

A.Bakayev qeyd edib ki, Azərbaycanın həm nəqliyyat-logistika əlaqələri, həm də enerji sahəsində qarşılıqlı bağlılığı forumda da geniş müzakirə olunub:

"Biz eyni regionda yerləşirik. Xüsusilə Orta Dəhliz bu baxımdan böyük əhəmiyyət daşıyır. Bu dəhliz Mərkəzi Asiya ölkələrini Cənubi Qafqazla birləşdirir, eyni zamanda Avropanı Çin və Cənub-Şərqi Asiya ilə əlaqələndirir. Hesab edirəm ki, bu istiqamətdə daha aktiv fəaliyyətlərimizin davam etdirilməsi vacibdir".

A.Bakayev Azərbaycanın Mərkəzi Asiya ilə Türk Dövlətləri Təşkilatı çərçivəsində yaradılmış əlaqələrinə toxunaraq qeyd edib ki, bu platforma böyük rol oynayır:

"Burada türk dövlətləri yalnız siyasi və iqtisadi sahələrdə deyil, həm də mədəniyyət, irs və akademik əməkdaşlıq sahələrində fəal şəkildə əməkdaşlıq edə bilirlər. Hesab edirəm ki, bu əməkdaşlığımızın gələcəyi çox perspektivlidir".

Oxşar xəbərlər

Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktor müavini: Azərbaycan Cənubi Qafqazda lider dövlətdir
Teymur Musayev: Ümid edirik “Vərəmsiz Mərkəzi Asiya” təşəbbüsü yaxın zamanlarda özünü doğruldacaq
Mirziyoyev: Azərbaycan Mərkəzi Asiya və Avropa arasında strateji körpü rolunu oynayır
OSJD prezidenti: "Orta Dəhliz Asiya ilə Avropa arasında yükdaşımaların sürətləndirilməsi üçün strateji əhəmiyyət daşıyır" - EKSKLÜZİV
ADB və AIIB ilə Azərbaycanda "yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi müzakirə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər