DÇ-2026-ya bilet almayacam, bahadır - Tramp
sizinxeber.az xəbər saytı

DÇ-2026-ya bilet almayacam, bahadır - Tramp


ABŞ Prezidenti Donald Tramp qarşıdan gələn futbol üzrə dünya çempionatının oyunlarına biletlərin baha olması səbəbindən onları almayacağını etiraf edib.

Sizinxeber.Az Trend-ə istinadən xəbər verir ki, amerikalı lider ABŞ və Paraqvay milli komandaları arasında keçirilməli olan matçın bilet qiymətlərinin 1000 dollara yaxın olduğuna diqqət çəkib.

“Bu məbləğdən xəbərim yox idi. Əlbəttə, orada olmaq istərdim, amma düzünü desəm, mən də olsaydım, onlara pul verməzdim”, - deyə Ağ Evin sahibi bildirib.

2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Oyunlar eyni vaxtda üç ölkənin- ABŞ, Kanada və Meksikanın stadionlarında baş tutacaq. Oyunlara biletlərin qiyməti 100 dollardan - 6370 dollara qədər dəyişir.

Oxşar xəbərlər

DÇ-2026: Bilet satışlarına sentyabrdan etibarən start veriləcək
DÇ-2026: 104 oyuna baxmaq üçün 50 min dollar maaş təklif olunur
Klublararsı dünya çempionatında yarımfinal matçı üçün biletlərin qiyməti 35 dəfədən çox ucuzlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər