II Dünya Müharibəsindən bəri ilk: Yapon hərbçiləri...
İkinci Dünya müharibəsindən bəri ilk dəfə olaraq Yaponiya təxminən 1400 nəfərlik döyüş bölmələrini Filippin ərazisinə göndərib.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu, ABŞ-la Filippin arasında keçirilən və tarixdə ən iri birgə manevrlər sayılan “Balikatan 2026” təlimləri çərçivəsində baş verib.
Yaponiyanın Quru Özünümüdafiə Qüvvələrinin hərbçiləri Şimali İlokos vilayətindən “Type 88” gəmiəleyhinə raketlərini buraxaraq “BRP Quezon” gəmisini sahildən təxminən 50–75 km məsafədə batırıblar. Bu, həmin raket sisteminin Yaponiyanın hüdudlarından kənarda ilk dəfə olaraq tətbiqi kimi qiymətləndirilir.
Təlimlərə ABŞ və Avstraliya qüvvələri də qoşulub. Manevrlər Cənubi Çin dənizində mümkün dəniz desantının qarşısının alınmasını simulyasiya edir. Çin artıq bu addımları pisləyərək, Yaponiyanın “odla oynadığı”nı bəyan edib.
Təlimlər aprelin 20-dən mayın 8-dək davam edəcək və yeddi ölkədən təxminən 17 min hərbçi iştirak edir.
Oxşar xəbərlər
Yaponiya və ABŞ 45 min hərbçinin iştirakı ilə təlimlərə başlayıb
Yaponiya, ABŞ və Filippin birgə dəniz təhlükəsizliyini müzakirə edəcəklər
ABŞ Çinə qarşı hərbi təlimlərə başladı
Yaponiya İkinci Dünya müharibəsindən bəri ilk dəfə silah ixracı qaydalarını yumşaldacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
